…Sankt-Peterburqda, restoranında partlayış olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “78.ru” məlumat yayıb.
Baş verən partlayışa görə restorandan 150-dən çox insan təxliyə edilib.
Hadisənin Valor küçəsində yerləşən iaşə məntəqəsində baş verdiyi bildirilir.
Nəşrin məlumatına görə, müəssisənin mətbəxində sıxılmış hava balonu partlayıb.
Binadan 150 ziyarətçi və 30 işçi təxliyə edilib. Bir nəfər yaralanıb. Hadisə yerinə gələn həkimlər ona hər cür köməklik göstəriblər.
Sankt-Peterburq sakininin xəsarətləri və vəziyyəti barədə məlumat verilmir.
Hazırda restoran bağlıdır. Təcili yardım xidmətləri hadisə yerindədir. Onlar baş verənləri öyrənirlər.
Qeyd edək ki, bir müddət bundan əvvəl Xabarovskda qaz balonunun partlaması nəticəsində bir işçinin ayağı qopmuşdu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB