Qəbələdə qanunsuz tikili sökülüb - VİDEO - FOTOLAR

Qəbələdə qanunsuz tikili sökülüb - VİDEO - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. SİA FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Qəbələ rayonunun Həmzəli kəndi ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilinin sökülməsi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə