Sumqayıtda qatar vuran qadının son durumu açıqlanıb - YENİLƏNİB

Sumqayıtda qatar vuran qadının son durumu açıqlanıb - YENİLƏNİB

Sumqayıtda qatar vuran 1970-ci il təvəllüdlü şəxsin (qadın cinsli) son durumu məlum olub. Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən SİA-ya bildirilib ki, o, bu gün saat 08:55 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

"Ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub.

Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - Mərkəzdən qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə