Qızın qaçırılması videoya düşüb...

Qızın qaçırılması videoya düşüb...

Rusiyanın Kirov şəhərində iki naməlum şəxs binanın giriş qapısında qız qaçırıblar.

SİA xəbər verir ki, bu barədə sosial şəbəkə və Telegram kanallarında məlumat yayılıb.

Deməli, Kirov şəhərindəki binalardan birinin girişində qızın qaçırılması videoya düşüb.

“Kirov News” Telegram kanalında xəbər verildiyi kimi, insident fevralın 3-nə keçən gecə baş verib.

Məlumata görə, qız taksidən düşəndən sonra qaçırılıb. Kadrlardan görünür ki, o, maşından düşür, giriş qapısına yaxınlaşır və içəri keçmək istəyir, lakin bu zaman iki naməlum şəxs ona yaxınlaşaraq zorla onu harasa aparırlar.

Kanalın məlumatına görə, qız fevralın 3-də evə gəlməyib. “KP-Kirov” xəbər verir ki, polis artıq bu məlumatı yoxlamağa başlayıb.

Bundan əvvəl Voronejdə qadının birinci sinif şagirdini necə qaçırmağa cəhd etdiyi barədə məlumat verilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə