Şəmkirdə vətəndaşa odlu silahla xəsarət yetirən qardaşlar saxlanılıblar

Şəmkirdə vətəndaşa odlu silahla xəsarət yetirən qardaşlar saxlanılıblar

Fevralın 2-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zabil Aslonova odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər elə həmin gün saxlanılıblar.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, saxlanılan Bahəddin və Babək Bayramlı qardaşlarından Bahəddin Bayramlıya məxsus avtomobildən cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkarlanaraq götürülüb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müfaviq maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə