İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. "KamAz" markalı yük maşını tərəfindən vurulan piyada ölüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə İmişli şəhər Ə.M.Həmidov küçəsində baş verib. Eyvaz Ataşov idarə etdiyi "KamAz" markalı yük maşını ilə hərəkətdə olarkən İmişli rayonu Otuziki kənd sakini 1953-cü il təvəllüdlü Əhədov Nazim Xəmməd oğlunu vurub. Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB