Qəbiristanlığa gəlib spirtli içki axtaran qadın həbs edilib…

Qəbiristanlığa gəlib spirtli içki axtaran qadın həbs edilib…

Şimali Osetiya polisi Vladiqafqazda xüsusi hərbi əməliyyat iştirakçılarının məzarlarını ləkələyən qadını saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü, fevralın 3-də Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qeyd edək ki, saxlanılan şəxs 1977-ci il təvəllüdlü Vladiqafqaz sakinidir.

Onun sözlərinə görə, fevralın 1-dən 2-nə keçən gecə sərxoş halda anasının dəfn olunduğu qəbiristanlığa gələrək spirtli içki tapmaq ümidi ilə qəbirlərdəki əklilləri eşməyə, skamyaları çevirməyə başlayıb.

Qeyd edək ki, qadına qarşı Rusiya Cinayət Məcəlləsinin 244-cü maddəsinin 1-ci hissəsi ilə “Ölənlərin cəsədlərinin və onların basdırıldığı yerlərin təhqir edilməsi” ilə cinayət işi açılıb.

Yeri gəlmişkən, bir gün əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukraynadakı xüsusi hərbi əməliyyatda həlak olan atasına kədərlənən uşağa gülən moskvalı pediatra qarşı cinayət işinin başlanmasına göstəriş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə