Vladimir vilayətində meşədə maral ovuna şıxqn bir kişi ehtiyatsızlıqdan narkotik aludəçisini güllələyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Vyaznikovski Şəhər Məhkəməsi məlumat yayıb.
Deməli, “rus ovçu” Vyaznikovski rayonunda magistralın bir hissəsində maral ovlayırmış və burada eyni vaxtda iki gənc meşədə “əylənirmişlər”(?).
Kişi onları maralla səhv salıb və onların istiqamətinə atəş açıb - onlardan birinin başına güllə dəyib və yerindəcə ölüb.
Məhkəmə hadisənin bütün hallarını, xüsusən də onun xüsusi hərbi əməliyyata ianə verdiyini nəzərdən alıb.
Eyni zamanda, cinayətin silah və sursatdan istifadə etməklə törədilməsi faktı da ağırlaşdırıcı hal kimi nəzərə alınıb.
Və həmin şəxs 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, bu cəza eyni müddətə məcburi əmək və əmək haqqının 10 faizi dövlətin xeyrinə tutulmaqla əvəz edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB