Bakıda evdən meyit tapılıb

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə