Əməkdar jurnalist Rəhman Orxan vəfat edib. SİA-nın Sumqayıt bürosu məlumat verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.
Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB