Cəlilabadda 4 otaqlı ev yanıb

Cəlilabadda 4 otaqlı ev yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Soyuqbulaq kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə