Yol polisindən hərbçilərin qəzasına MÜNASİBƏT

Yol polisindən hərbçilərin qəzasına MÜNASİBƏT

Bakının Suraxanı rayonunda içərisində hərbçilərin də olduğu ehtimal edilən avtomobil qəzaya düşüb. SİA-ya verilən məlumata görə, nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, qəza ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə xəsarət alanların hərbi formada olduğu görünür.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, qəza bu gün saat 11:30 radələrində "Chevrolet" markalı avtomobillə törədilib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə