Bakıda qanunsuz tikili sökülüb - FOTOLAR - VİDEO

Bakıda qanunsuz tikili sökülüb - FOTOLAR - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikilini söküb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bu çərçivədə, Bakı şəhəri, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində zəbt edilmiş torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə