Ötən gün vətəndaşlardan 12 silah götürülüb

Ötən gün vətəndaşlardan 12 silah götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 12 silah götürüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat silahı, 7 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı və 150 ədəd patron təhvil götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə