Bakıda 7 nömrəli məktəbin qarşısında ağır qəza - YARALI VAR - YENİLƏNİB-FOTO

Bakıda 7 nömrəli məktəbin qarşısında ağır qəza - YARALI VAR  - YENİLƏNİB-FOTO

Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən 7 nömrəli tam orta məktəbin qarşısında piyadanın ağır bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə şahidləri bildiriblər ki, hadisənin törədilməsinə səbəb həmin ərazidə olan “parkovşik”in KİA markalı avtomobili səhvən geriyə sürməsi nəticəsində baş verib. Nəticədə gənc xanım Əsgərova Aynur Zahid qızı ağır bədən xəsarətləri alıb.

Dərhal hadisə yerinə Səbail Rayon Polis İdarəsinin və TƏBİB-in əməkdaşları cəlb olunub.

Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzin ("Semaşko") mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirdi ki, məsələdən xəbərdardırlar: "Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Müayinələri isə davam etdirilir".

Daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan deyildi ki, faktla bağlı araşdırma aparılır.

Müəllif: Qönçə Quliyeva, Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə