5 kiloqramdan çox narkotik aşkar edilib

5 kiloqramdan çox narkotik aşkar edilib

Polis əməkdaşlarının yanvarın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 3,2 kiloqrama yaxın marixuana və 350 qramdan çox metamfetamin olub.

Həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə