Astarada azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə Astara rayonunun Qamışoba kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106", 90-EZ-171 dövlət nömrə nişanlı minik avtomobili Cəlilabad rayonunun Çəmənli kənd sakini, 5 yaşlı F.Nəzərovanı vurub. Sürücü özü uşağı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırmaq istəsə də, azyaşlı yolda keçinib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB