Şənbə-bazar günləri 97 cinayətkar saxlanılıb - CƏDVƏL

Şənbə-bazar günləri 97 cinayətkar saxlanılıb - CƏDVƏL

27-28 yanvar tarixlərində ölkə ərazisində qeydə alınan 102, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.DİN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə