“Sadəcə gözlərini görməyinizi istədim... Metropolitenin polis əməkdaşları tərəfindən aşkarlanıb. 9 yaşı var dediyinə görə...Polis əməkdaşına yalvarıb...Evinə dönməmək üçün yalvarıb...”. SİA xəbər verir ki, bu sözləri X sosial şəbəkəsində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edərək bildirib.
Kəmalə Ağazadə sözlərinə belə davam edib: “Demək bu uşaq dəhşətlər yaşayıb...Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var...Hər gün 70 manatdan çox pul qazanıb. O puldan yemək xərci üçün özünə götürəndə anası döyüb, bu azmış kimi hər dəfə atasına da döydürüb. Valideynlər cəzalanmalıdır.
Qanun uşağın müdafiəsidir…”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB