Qazaxda qəza olub

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə