Qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb

Qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb

Qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Elxan Vahabov üstündə qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

E.Vahabov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə