Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verilib

Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 9 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 399 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tapança, 1 ədəd qumbara, 1 alışdırıcı, 4 ədəd müxtəlif markalı tüfəng, 3 ədəd patron darağı və 53 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə