9 yaşlı uşağı maşın vurub

Naxçıvan şəhərində azyaşlını maşın vurub. SİA xəbər verir ki, hadisə şəhərin "Dörd yol" adlanan ərazisində qeydə alınıb. Avtomobil yolu keçən Babək rayon sakini, 2015-ci il təvəllüdlü Allahverdiyev Ələkbər İqbal oğlunu vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndırilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə