Ötən il korrupsiya cinayətləri ilə bağlı 248 şəxs barəsində 172 iş məhkəməyə göndərilib. SİA xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə isə 320 şəxs barəsində 235 iş məhkəməyə göndərilib: "Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma 2022-ci ildə 62, 2023-cü ildə isə 65, rüşvət alma və vermə 2022-ci ildə 192, 2023-cü ildə 143, 2022 və 2023-cü illərdə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə eyni - 14, vəzifə saxtakarlığı və səhlənkarlıq 2022-ci ildə 52, 2023-cü ildə isə 26 fakt olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB