Ötən il ölkədə 620 intihar yaşanıb

Ötən il ölkədə 620 intihar yaşanıb

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib. SİA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, bunun 180-ı Bakıda, 440-ı isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb:
“2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə