Şamaxı - İsmayıllı yolu buz bağlayıb

Şamaxı - İsmayıllı yolu buz bağlayıb

Dünən gecə saatlarından başlayan qar yağışı hələdə davam edir. SİA xəbər verir ki, gecə saatlarından Şamaxı - İsmayıllı avtomobil yolunun Muğanlı dolaylarında və digər istiqamətlərdə yollar buz bağlayıb.

DYP əməkdaşları tərəfindən sürücülərə xəbərdarlıq edilib və zərurət yaranmadığı təqdirdə yola çıxmamaları tövsiyə olunub. Ərazidə yolların bəzi hissələrinin qardan təmizlənməsinə baxmayaraq gediş-gəlişin təhlükəli olduğu deyilir.

Qarın yağması rayonlarda dağ ətəyi kəndlərə gediş gəlişdə problemlər yaradıb.

Yolların buz bağlaması və qar səbəbindən Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının dağ ətəyi kəndlərində qarın qalınlığı 35-40 sm yüksəkdir. Hazırda ərazilərdə kənd yollarının təmizlənmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə