69 yaşlı kişini avtomobil vuraraq öldürüb

69 yaşlı kişini avtomobil vuraraq öldürüb

Füzulidə avtomobil piyadanı vurub. SİA xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Turan Hüseynov idarə etdiyi "VAZ 2106"markalı avtomobillə 1955-ci il təvəllüdlü Ziyad Məcidovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə