Canavar qadını parçalayıb...

...Kurqan vilayətinin kəndlərindən birində vəhşi canavar yerli sakinlərə hücum edərək bir qadını parçalayıb, daha üç nəfəri isə dişləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Petuxovski bələdiyyə dairəsinin rəhbəri Anton Volkov bildirib.

Qeyd edək ki, faciəli hadisə 2024-cü il yanvarın 23-nə keçən gecə baş verib.

Rayon rəhbərinin sözlərinə görə, canavar Ozero Medvejye kurort kəndinə daxil olaraq yerli sakinlərə hücum edib.

...Bu, aşkar edilərək aradan qaldırılana qədər kəndin 4 sakini dişləmələr alıb. Təəssüf ki, qurbanlardan birini xilas etmək mümkün olmayıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həkimlər əllərindən gələni etsələr də onu xilas etmək olmayıb.

Bunu Anton Volkov sosial şəbəkələrdəki şəxsi səhifəsində bildirib.

Daha üç zərərçəkən həkim nəzarətindədir, onların həyat və sağlamlıqları hazırda təhlükə altında deyil.

Daha sonra heyvan yerli sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Rəsminin sözlərinə görə, bu, birbaşa yaşayış məntəqəsinin ərazisində baş verən canavarın insana hücumu ilə bağlı ilk hadisədir. Hadisədən sonra ovçular faciənin təkrarlanmaması üçün ətrafı yoxlayırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə