Almaniyalı musiqiçi və “Boney M” disko-qrupunun yaradıcısı Frenk Farian (əsl adı Frank Royter) 82 yaşında ABŞ-da vəfat edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Məlumata görə, onun Mayamidəki evində öldüyü bildirilir.
Musiqiçi Almaniyada dünyaya göz açıb və uşaq yaşlarından musiqi ilə məşğul olub. Almaniyada yerləşdirilmiş Amerika əsgərlərinə bənzəmək istəyən gənc musiqiçi rok-n-rolla məşğul olmağa başlayıb, 1961-ci ildə isə özünün “Frankie Farian und die Schatten” adlı qrupunu yaradıb. Qrup 1964-cü ildə Hamburqda keçirilən musiqi festivalından sonra məşhurlaşıb.
1975-ci ildə F.Farian prodüser qismində, Karib adalarından olan musiqiçilərdən ibarət “Boney M” musiqi qrupunu təsis edib. Onların ən məşhur mahnılarından biri “Rasputin”dir. F.Farian həm də bir sıra digər musiqi layihələrinin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB