Bakıda restoranda yanğın olub - YENİLƏNİB 2

Bakıda restoranda yanğın olub - YENİLƏNİB 2

Bakıda restoranda yanğın olub, təndirxananın bir qismi yanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yasamal rayon yanğından mühafizə hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov məlumat verib.

Onun sözlərinə görə, Məhəmməd Xiyabani küçəsində yerləşən "Qaymaq" restoranında 09:06 radələrində yanğın olması barədə məlumat daxil olub: "Əraziyə 5 avtomobil cəlb olunub. Müəyyən olunub ki, ikimərtəbəli restoranın ikinci mərtəbəsində yanğın başlayıb. Ümumilikdə 60 kvadratmetr sahə yanıb. Eyni zamanda birinci mərtəbədə olan təndirxananın bir qismi yanıb.Yanğının səbəbi araşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə