Ağdaşda ağır yol qəzası olub - ölən və xəsarət alanlar var

Ağdaşda ağır yol qəzası olub - ölən və xəsarət alanlar var

Ağdaşda yol qəzası olub, ölən və xəsarət alanlar var. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Yanvarın 22-si saat 22 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ-21011”in sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlu, onun 3 sərnişini, habelə digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. İ.Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə