Gürcüstan ötən il 41 Azərbaycan vətəndaşını deportasiya edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.
Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə 4, dördüncü rübündə isə 5 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarılıb. Deportasiya edilən Azərbaycan vətəndaşlarından 19-u yetkinlik yaşına çatmayanlar olub.
Gürcüstan ötən il ümumilikdə 190 əcnəbini deportasiya edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB