Moskvanın cənub-qərbində baş verən atışmadan sonra polis üç vətəndaşı saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər TASS-a Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin paytaxtın Baş İdarəsinin mətbuat xidmətindən verilib.
Yanvarın 20-də Yujnobutovskaya küçəsində yerləşən ev 29, bina 3, yaxınlığında atışma səslərinə oxşar səslərin eşidilməsi barədə polisə məlumat daxil olub, gələn polis patrul xidmətinin əməkdaşları 3 vətəndaşı müəyyən edərək saxlayıblar və onlar daha sonra ərazi polis şöbəsinə aparılıblar. araşdırma aparılır.
İdarədən verilən məlumata görə, saxlanılanlar arasında məişət münaqişəsi baş verib və iştirakçılardan biri travmatik tapançadan atəş açıb. Ölən və yaralananlar olmayıb. Saxlanılan şəxslərə qarşı xırda xuliqanlıq faktları üzrə protokollar tərtib edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB