70 cinayətin açılması təmin olunub - DİN

70 cinayətin açılması təmin olunub - DİN

Yanvarın 19-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarılan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Narkotiklərlə əlaqədar 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə