Mərasim evinin tavanı çökdü - FOTOLAR

Mərasim evinin tavanı çökdü - FOTOLAR

Bakıda mərasim evinin tavanı çöküb. Daxili İşlər Nazirliynindən SİA-ya verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb.

Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə