23 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb - DİN

23 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb - DİN

Polis əməkdaşlarının yanvarın 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 18,9 kiloqramdan çox marixuana, 3,5 kiloqramdan artıq heroin, 50 qramdan çox tiryək, 720 qrama yaxın metamfetamin və 1765 metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə