İki “Kalaşnikov” avtomatını polisə könüllü təhvil verdilər - FOTO

İki “Kalaşnikov” avtomatını polisə könüllü təhvil verdilər - FOTO

Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini tapdıqları 2 “Kalaşnikov” markalı avtomatı və həmin silaha məxsus 2 darağı könüllü olaraq təhvil veriblər.

Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə