Abşeronda bir nəfər bıçaqlanaraq qətlə yetirilib

Abşeronda bir nəfər bıçaqlanaraq qətlə yetirilib

Yanvarın 18-də Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görürlər.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə