Sumqayıtda qızıl mağazasından oğurluq olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 10-cu mikrorayon ərazisində yerləşən qızıl mağazalarının birindən 420 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB