Sumqayıtda yataqxanada yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib
Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib. Bu barədə SİA-ya Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilir ki, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.
1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir. 2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.
Briqadalar hazırda hadisə yerindədir.
Qeyd edək ki, yanğın söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB