Ağstafa rayon Köçəsgər kəndində 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, xəsarət alan Ağstafa rayon sakinləri - 2012-ci il təvəllüdlü A.Mürsəlov və onun qardaşı, 2013-cü il təvəllüdlü R.Mürsəlov yaxınları tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB