Qubada itkin düşən məktəbli tapılıb

Qubada itkin düşən məktəbli tapılıb

Yanvarın 16-sı səhər saatlarında itkin düşən 13 yaşlı Quba şəhər sakini Məlikov Əli Vüsal oğlu tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

18:03

Yanvarın 16-da Qubada yeddinci sinif şagirdi itkin düşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 13 yaşlı Quba şəhər sakini Məlikov Əli Vüsal oğlu səhər 8-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə təhsil alan məktəbli bu gün dərsə də gəlməyib.

Hadisə ilə bağlı polisə müraciət olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, faktla bağlı müvafiq araşdırmalar aparılır.

Əli Məlikov barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə