Dağıntılar altından daha bir cəsəd çıxarıldı - 9 ÖLÜ

Dağıntılar altından daha bir cəsəd çıxarıldı - 9 ÖLÜ

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb. SİA xəbər verir ki, bununla da partlayış nəticəsində həyatını itirənlərin sayı 9-a çatıb.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə