Cəlilabadın Ləkin kəndində transformatorda yanğın olub

Cəlilabadın Ləkin kəndində transformatorda yanğın olub

Cəlilabad rayonunun Ləkin kəndində transformatorda yanğın olub. SİA-nın məlumatına görə, transformator tamamilə yanaraq, yarasız hala düşüb.

Kənd sakinlərinin sözlərinə görə, nəticədə kəndin bir hissəsi işıqsız qalıb.

Bu gün aidiyyatı qurumlar tərəfindən yeni transformatorun quraşdırılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə