Qəbələdə 22 yaşlı oğlan itkin düşüb

Qəbələdə 22 yaşlı oğlan itkin düşüb

Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-i səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. SİA-nın məlumatına görə, ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11:00 radələrində telefonla danışıblar.

F.Mizəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.

DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, F.Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə