Buzlu yol 66 yaşlı kişinin ölümünə səbəb olub

Buzlu yol 66 yaşlı kişinin ölümünə səbəb olub

Biləsuvarda 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buz üstündə yıxılaraq ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Biləsuvar rayonunda baş verib.

Rayon sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkətdə olarkən yıxılıb. O, başından aldığı ağır xəsarətlə rayon xəstəxanasına çatdırılarkən yolda ölüb.

Bildirilir ki, 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buzlu yolda yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə