Goranboyda 54 yaşlı piyadanı maşın vurub, vəziyyəti ağırdır

Goranboyda 54 yaşlı piyadanı maşın vurub, vəziyyəti ağırdır

Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlirzalı kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Müşviq Quluyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə