Belə fırıldaqçılar təkcə bizdə deyilmiş...

Belə fırıldaqçılar təkcə bizdə deyilmiş...

Minskin 162 kilometrliyində yerləşən Qlubokoye şəhər sakini Yeni il qabağı özünə xəz paltar hədiyyə etmək istəyib.

Məşhur sosial şəbəkədə 239 Belarus rubluna əntiqə bir xəz paltar taparaq, satıcıya yazıb.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, qadının paltar alacağı mağazanın saytında və şirkətin hüquqi ünvanında çoxlu rəylər olub.

Özü də mağazanın xeyrinə və bu da belarusunu inandırıb.

Satıcı sosial şəbəkə vasitəsilə alıcıya xəz palto uyğun gəlməyəcəyi təqdirdə onun dəyişdirilməsinə və ya qadının pulunu qaytarılacağına da söz verib.

Deməli, alıcı qadın bütün məbləği 100 faiz mağazanın bank hesabına köçürüb.

Və indiyə qədər hələ də xəz paltosunu gözləyir.

...Qadın bir neçə dəfə mağaza müdirləri ilə yenidən əlaqə saxlasa da, onun mesajlarına məhəl qoyulmayıb, sonra isə onun hesabı tamamilə silinib. Qadın dələduzların qurbanına çevrildiyini anlayıb və polisə müraciət edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə