Çeçenistan sakini uşağın gözü qarşısında bıçaqlanaraq öldürülüb

Çeçenistan sakini uşağın gözü qarşısında bıçaqlanaraq öldürülüb

Çeçenistan sakini uşağın gözü qarşısında bıçaqlanaraq öldürülüb. Qatil baş verənləri lentə alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Gor Telegram kanalı xəbər verir.

Telekanalın ehtimalına görə, bu qan davası ucbatından törədilə bilər.

Əvvəlcə bıçaqlayan qurbanı ilə qısa söhbət edib, daha sonra bıçaqla ona hücum edib. Bir neçə metr aralıda mərhumun oğlu olduğu ehtimal edilən qorxmuş uşaq da varmış.

Vəhşi qətliamdan sonra həmin şəxs cinayətin baş verdiyi həyətdən qaçaraq maşına əyləşərək oradan uzaqlaşıb. Daha sonra ekspertlər onun qurbanına 10-dan çox bıçaq zərbəsi vurduğunu müəyyən ediblər.

Telekanalın məlumatına görə, cinayətkar hələ də saxlanılmayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə