Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, "BMW" markalı avtomobili ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Belə ki, qəza nəticəsində sürücü Cəfər Həsənov hadisə yerində aldığ xəsarətlərdən ölüb.
Avtomobildə olan digər sərnişinlər 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Hər üç şəxs Bakı şəhər sakini olublar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB